!Reklam

Laçında top mərmiləri aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində 2 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.