!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Kiminsə arvadını döyməsindən danışmaq nə dərəcədə düzgündür?”

!Reklam – Yazi

“Sənət adamının efirə çıxıb kiminsə ərindən boşanmasından, arvadını döyməsindən danışması nə dərəcədə düzgündür? Belə şeylərə yaxşı baxmıram…”

Bunu tanınmış aktyor, Xalq artisti Yasin Qarayev Yenicag.az-a açıqlamasında deyib.

“Hər kəs öz işi ilə məşğul olmalıdır”, – deyən aktyor başqalarının şəxsi həyatına müdaxilə etməyin dügün olmadığını bildirib:

“Bəzi insanlar efirə çıxıb başlayır, kimlərinsə ailə həyatı barədə müzakirələr etməyə, insanlara ağıl öyrətməyə. Hüquqşünas deyiləm ki, çıxım, efirə, kimlərisə ittiham edim. Teatrşünas deyiləm ki, kimlərisə tənqid edim, iqtisadçı deyiləm ki, iqtisadi təhlillər aparım. Aktyoram, sənət adamıyam. Efirə çıxım, hər şeyi danışım, kimə lazımdır axı mənim şəxsi həyatım. Yaxud da sənət adamının efirə çıxıb kiminsə ərindən boşanmasından, arvadını döyməsindən danışması nə dərəcədə düzgündür? Belə şeylərə yaxşı baxmıram. Hərə öz işiylə məşğul olmalıdır və başqasının şəxsi həyatına müdaxilə etməməlidir. Elə özümü misal çəkmək istəyirəm, başqaları ilə işim yoxdur. Heç kimin ixtiyarı yoxdur ki, başqasının həyatına qarışsın, onu müzakirə etsin, onunla bağlı fikir bildirsin. Mənə o səlahiyyəti heç kim verməyib, mən aktyoram, öz işimlə məşğul olmalıyam”.

Son vaxtlar seriallarda və efirlərdə görünməyən Xalq artisti hələ də sənət dostlarına yas saxladığını bildirib:

“Son iki ildə nə qədər sənət dostumu itirdim. Pandemiya dönəmində mənə çox yaxın və əziz olan aktyor dostlarımın çoxu dünyasını dəyişdi. Bu mənə çox pis təsir etdi. Uzun müddətdir heç televiziya və digər çəkilişlərə də getmirəm. Hələ də onlara yas saxlayıram və onların yoxluğunda efirə çıxmağı, yaradıcılıqla məşğul olmağı özümə günah sayıram. Çox təkliflərdən imtina edirəm, inciməsinlər deyə hərəyə bir bəhanə söyləyirəm”.

Cəvahir

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv