!Reklam

Bakı Nəqliyyat Agentliyi açıqlama verib ki, əgər adi rejimdə xətlərə 2100-2200 avtobus çıxırdısa, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla xətlərə 1900-2000 avtobus çıxarılır. Son zamanlar, xüsusilə pik saatlarda müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda müşahidə edilən gecikmələri nəzərə alsaq, avtobusların sayının azaldılması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.