Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil ocağının tarixində böyük rezonansa səbəb olacaq addım atıb. Yenicag.az xəbər […]
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 32 avtobusun hərəkət intervalında gecikmələr var.
Yay mövsümü ilə əlaqədar Dənizkənarı Bulvara üz tutanların sayında artım müşahidə olunur. İstirahətə gələnlərin əksəriyyəti isə Dənizkənarı Bulvar ərazisində xidmət göstərən restoran və kafelərin fəaliyyətindən şikayətçidir. Belə ki, məlum obyektlər çay içmək istəyən müştəridən çayı dəstgah şəklində sifariş verməyi tələb edir. Kafe və restoranların bu tələbi ilə yanaşı, qiymətlərin süni şəkildə artırılması da başqa problemdir.