!Reklam

Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatlarına əsasən, hazırda dünyada yaşı 25-ə qədər olan insanların sayı 3 milyarddan artıqdır. Bu insanların bir hissəsi - təqribən 2 milyarda yaxını 15-25 yaş həddindədirlər və əmək qabiliyyətli əhali sayılırlar. Sosial araşdırmalara görə, yaşı 25-ə çatan 3 milyard əhalinin 500 milyondan çoxu müxtəlif problemlərlə, sosial çətinliklərlə, ehtiyacla üz-üzədirlər və əsasən, yoxsulluq şəraitində yaşayırlar. Burada 100 milyona yaxın yeniyetmənin və ya erkən gənclik dövrünü yaşayan şəxslərin təhsil almaq, məktəbə getmək imkanlarından məhrum olmasını qeyd etmək vacibdir. Digər tərəfdən, sosial statistik hesablamalar göstərir ki, dünyada hər il 30 min gənc müxtəlif ağır xəstəliklər səbəbindən vəfat edir. Bununla yanaşı, hər il 7 mindən çox gəncin QİÇS virusuna yoluxması faktı qeydə alınır.