!Reklam

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 52 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 56 müəssisədə nöqsanlar müəyyən olunub.

İçməli sudan qeyri-qanuni istifadəyə və israfçılığa qarşı tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sabunçu və Ramana qəsəbələrində  sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.