!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyədən SƏRT AÇIQLAMA: “Baltalamaqdansa, kömək elə”

!Reklam – Yazi

“Durub öz yanımızdan kiminsə üstünə getsək, desək ki, qadın haqlıdır, ya kişi, günaha girmiş olarıq”.

Bunu sosial verilişlərdə boşanmış qadınlara təpki göstərən, onları aşağılayan, günahkar olmaqda suçlayan, yerli-yersiz ittiham edən insanlara cavab olaraq Aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Sənətçinin sözlərinə görə, elə qadınları ittiham etməkdənsə, onlara yol göstərmək, dəstək olmaq lazımdır:

“Heç vaxt insanları öncədən yarğılamaq istəmirəm və bilib-bilmədən yarğılamamışam da… Biz bilə bilmərik ki, o qadın yaşadığı hansı həyatın müqabilində boşanıb. Bəlkə, milyonda bir adam ola, nəyəsə görə ərə gedə, sonradan boşana. Amma yüz faiz əminəm ki, yüzdə doxsan doqquz faiz insan, fərqi yoxdur, kişi, ya qadın, xoş günündən boşanmağa qərar vermir. O həyatı yaşayan o insanların özləridir. Damın altında nələr baş verirsə, bunu biz necə bilə bilərik? Səbəbi bir özləri bilir, bir də göydəki Allah, haqqı-nahaqqı da bilən Odur. Durub öz yanımızdan kiminsə üstünə getsək, desək ki, qadın haqlıdır, ya kişi, günaha girmiş olarıq. Məsəl var e, yıxılanın üstünə baltalı da yüyürür, baltasız da. Məncə, yıxılanın qolundan tutub ona müəyyən qədər dəstək olmaq lazımdır. Nəinki əzmək, baltalamaq, günahlandımaq, haqsız çıxarmaq… Bununla həmin ağır sosial durumda olan insanı daha da sındırmış olarıq. Axı onun hansı əzab-əziyyət çəkdiyini biz bilmirik. Adam əgər kömək istəyirsə, ona kömək etmək lazımdır, nəinki mənəvi cəhətdən üstünə gedərək milyonların qarşısında əzmək, alçaltmaq, məhv etmək. Bu, insanlığa yaraşan hərəkət deyil. Belə şeylərə yol vermək olmaz. Hər halda, bu mənim fikrimdir”.

Cəvahir

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv