!Reklam

Cənubi Qafqaz Forumu adı altında baş tutmuş I forum 2013-cü ilin 7-8 may tarixində Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət ətrafında müzakirələr aparılmışdır. Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilmiş II Forum 2014-cü il 28-30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilmişdir. III Qlobal Bakı Forumu 2015-ci ilin 28-29 aprelində, IV Qlobal Bakı Forumu 2016-cı ilin 10-11 martında, V Qlobal Bakı Forumu 2017-ci ilin 16-17 martında, VI Qlobal Bakı Forumu 2018-ci ilin 15-17 martında, VII Qlobal Bakı Forumu 2019-cu ilin 14-16 martında keçirilmişdir. 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Bakı Forumu COVİD 19pandemiyası ilə əlaqədar təxirə salınmış, 2021-ci ilin noyabrında baş tutmuşdur.

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.