!Reklam

Prezident İlham Əliyevin mayın 27-də Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki, Göyçay və Ağdaş rayonlarının ərazilərində keçirilən nəzarət tədbirləri zamanı Şəki rayon sakinləri Eyvaz Mürşüdov, Ramin Musayev, Göyçay rayon sakinləri Samir Mustafayev, Ədalət Qasımov, Bəhruz Məmmədov, Abbas Kərimov, Yaqub Məmmədov, Anar Qafurov, Elnur Beydullayev, Ağdaş rayon sakinləri Nizami Qasımov və Fizuli Mehdiyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 36,87 m3 həcmində işlik meşə materialı müəyyən edilib.