!Reklam

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 23 dekabr tarixli 1173 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Prezident İlham Əliyevin ötən gün ADA Universitetində təşkil olunan “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında yer alan fikirlər regionda yaranmış mövcud durumu dəqiq əks etdirməklə yanaşı, həm də Azərbaycanın bölgədə cərəyan edən proseslərə yanaşmasının ifadəsi baxımından son dərəcə aktualdır.