!Reklam

"Azərbaycanın ən çox ehtiyat etdiyi ərazimizdə qalan 13 minlik erməni silahlılarıdır. Ərazimizdə yaşayan ermənilərə qarşı heç bir etirazımız yoxdur. Paşinyansa deyir, silahlılar çıxsa, digər ermənilər də çıxacaq. Haqlı sual yaranır, bəs rus qoşununun orada nə işi var? Rus qoşunu erməniləri qoruyur".

Bir neçə gün öncə Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Bu şirkətlər ictimai nəqliyyatda gediş haqqının artırılmasını tələb ediblər. Tarif Şurasından bildirilib ki, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır. Daşıyıcı şirkətlərin bu müraciəti cəmiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə 70-ci illərə məxsus “botokssuz, gelsiz qadın” rəyi ilə paylaşılan foto müzakirələrə səbəb olub. Foto, demək olar ki, kişilərlə qadınlar arasında qarşıdurma yaradıb. Əks cinsin nümayəndələri xanımların illər öncə estetik əməliyyatsız daha gözəl və təbii olduğunu vurğulayaraq müasir xanımları qınayıblar.