!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hansı məsələdə Azərbaycana əngəl yaradır? - "Lavrov deyilən kəs erməniləri müdafiə etməkdən utanmır" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın ən çox ehtiyat etdiyi ərazimizdə qalan 13 minlik erməni silahlılarıdır. Ərazimizdə yaşayan ermənilərə qarşı heç bir etirazımız yoxdur. Paşinyansa deyir, silahlılar çıxsa, digər ermənilər də çıxacaq. Haqlı sual yaranır, bəs rus qoşununun orada nə işi var? Rus qoşunu erməniləri qoruyur”.

Bunu Ermənistanın rəsmi Bakı tərəfindən təqdim edilən 5 prinsipi qəbul etməsi və erməni tərəfinin kütləvi qətllərdən bəhs etməsi haqqında fikirlərini bölüşən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya Qarabağ mövzusunda Ukrayna ilə danışdığı dildə danışır:

“Əvvəl onu demək istəyirəm ki, erməni tərəfi kütləvi qətillərin tarixini və yerini göstərməlidir. Tarixdə 3 dəfə – 1905-07, 1918-20, 1988-92-ci illədə qırğına məruz qalmışıq. 1918-20-ci illərdəki qırğınların üstünə düşməmişik. Rusların Türkiyəyə hücumundan sonra onların silahlarına yiyələnən ermənilər 2 milyondan çox azərbaycanlını qırıblar. Ermənilərin kütləvi qırğına məruz qalması başdan-başa yalandır. Dəqiq faktlar, təhlillər onu göstərir ki, erməni soyqırımından yox, azərbaycanlıların soyqırımından danışmaq lazımdır.

Sülhyaratma məsələsində yenə səmimi hərəkət etmirlər. Lavrov deyir ki, “Dağlıq Qarabağ”ı başsız buraxmayacağıq. Nikol Paşinyan isə deyir ki, 13 min erməni əsgərini Qarabağdan çıxarsaq, ermənilərin hamısı oradan köçəcək. Yenə hansısa biclik işlədib danışıqlar prosesinə nələrisə qatmaq istəyirlər.

Bu məsələdə ruslar yenə mane olmağa çalışır. Lavrov deyilən kəs erməniləri müdafiə etməkdən çəkinib utanmır. Lavrov sanki öz dövləti imiş kimi bəyanatlar verir. Məsələni gərginləşdirən budur. Avropa Birliyi ilə müəyyən kompromisə getmək şansı görünür, Rusiya isə konkret tərəf kimi çıxış edir. Sanki Ukrayna ilə danışırlar”.

Səxavət Məmməd

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv