Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Kaskadyor sözünə izah verən mütəxəssislərə görə, “kaskad” sözü kaskadyorluq sözünün köküdür. Filmlərdə işlədilən kaskadyorluq sözü, əsasən, “yıxılma” və “düşmə” təsəvvürünü yaradır. Yəni həqiqi yıxılmanın imitasiyasına, bənzətməsinə deyilir. Ölkəmizdə peşəkar kaskadyorların sayı az olsa da, bu sənətə illərini həsr edənlər də var. Belə insanlardan biri də Azərbaycan Kaskadyorlar Akademiyasının rəhbəri, döyüş səhnələri üzrə xoreoqraf Sain Fərhaddır. O bir sıra xarici filmlərdə kaskadyorluq edən və ölkəmizdə bu sahə ilə peşəkar səviyyədə çalışan ilk aktyordur.
İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.