!Reklam

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq.

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət rəmzlərinin təbliğinə xüsusi önəm verilir.Bu sahədə aparılan iş əsasən ailədən başlamaqla mütəmadi olaraq bütün yaş dövrlərində davam etdirilir. Həmçinin, müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi milli dövlətçiliyimizin rəmzlərinə dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Bəs, dövlət rəmzlərinə hörmətsizlik mövcud qanunvericilikdə hansı məsuliyyətə səbəb olur?