Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 5 milyard 35,4 milyon manat vergi daxil olub, proqnoza 150,5 % əməl edilib.
Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan tranzit keçməklə ölkəmizə gələn “SCANİA” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Adətən belə olur ki, lideri dünyaya mənsub olduğu dövlətin gücü və qüdrəti tanıdır. Coğrafi baxımdan böyük olmayan ölkələrin nümunəsində isə nadir şəxsiyyətlərə nəsib olur ki, onlar mənsub olduqları xalqı və rəhbərlik etdikləri dövləti dünyaya tanıtdıra və saydıra bilsinlər. Bütün ictimai-siyasi formasiyalar dönəmində bu, belə olub. Ümumi qaydadan istisnalar yalnız o halda baş verir ki, say tərkibindən və coğrafi ölçüsündən asılı olmayaraq, xalq xilaskarlıq və qalibiyyət missiyasını yerinə yetirməyə qadir olan tarixi şəxsiyyətini yetişdirir. Elə şəxsiyyəti ki, onun üçün xalqın və dövlətin maraqları bütün maraqların fövqündə dayanır. Uinston Çörçill dəyərli kəlamlarından birində deyirdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilərək yekunlaşdırıb.