Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilati dəstəyi ilə həyata keçirilən "Erməni vandalizmi: işğaldan öncə və sonra" fotolarda layihəsi çərçivəsində 1 aprel 2022-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Estoniya-Azərbaycan Evində "Erməni vandalizmi: işğaldan öncə və sonra fotolarda" adlı foto-sərgi keçirilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.