Özəlləşdirmə çeklərilə bağlı SOSİAL TƏLƏB: "Yenidən dövriyyəyə qaytarılsın" - Deputat
Özəlləşdirmə çeklərinin müddətinin 2011-ci il yanvarın 1-də bitməsinə baxmayaraq, hələ də əksər insanlarda bu çeklər qalmaqdadır. Düzdür, hazırda praktik olaraq özəlləşdirmə prosesində vauçerlərdən istifadə edilmir, lakin əlində çekləri qalan vətəndaşlar hələ də ümidlə gözləyirlər.