Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.
ABŞ Konqresi 2023-cü maliyyə ilində dünya ölkələrinə maddi yardımla bağlı ayrılacaq vəsaitin miqdarını açıqlayıb. Belə ki, ABŞ 2023-cü ildə Azərbaycana 164 milyon dollar yardım, xüsusən də hərbi sahədə yardım ayıracaq. Ermənistana ayrılan vəsaitin cəmi isə 24 milyon dollar təşkil edəcək. ABŞ-nin bu addımı Ermənistan tərəfindən birmənalı qarşılanmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib.
Əməkdar artist Elza Seyidcahanın Səidə Sultanın ünvanına söylədiyi “Mahnı oxumaqla deyil, lüt soyunmaqla gündəmdədir” atmacasına qarşı tərəfin də cavabı özünü çox gözlətməyib.