!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyadan asılı qalan Avropa ölkələri: "Qərb güzəştə getməyə məcbur olacaq" - Partiya sədri

!Reklam – Yazi

“Açıq-aşkar görünür ki, bu müharibəyə Avropa hazır olmayıb. İndi də Rusiyadan asılılıqdan qopa bilmirlər”.

Bu sözləri tətbiq edilən sanksiyalara görə çıxılmaz vəziyyətdə qalan Rusiya və onun rublla məhsul satmaq siyasətini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, vəziyyət belə davam etsə, Rusiya Krımı itirə bilər:

“Rusiyanın Ukrayna işğalı davam edir, ancaq heç kimin gözləmədiyi halda Ukrayna ordusu rusları çox ağır itkilərə məruz qoyub. Fakt odur ki, Rusiya ordusu geri çəkilir, məğlub olur. Rusiya ordusunun mifi darmadığın olub. Qərb axıra qədər Ukraynaya dəstək versə, baxmayaraq ki, lazımı dəstəyi yenə də vermirlər, vəziyyət Ukraynanın xeyrinə tamamilə dəyişər.

Rusiyanın vəziyyəti, sözün əsil mənasında, acınacaqlıdır. Küncə sıxışdırılıb. Ukrayna ordusunun motivasiyası artıb.

Rusiya ordusunun uğursuzluqları siyasi hakimiyyəti də çətin vəziyyətə salıb. Onlar daxili aiditoriya hesablanmış işlər görürlər. Rusiya əvvəl qazın satışını rublla həyata keçirəcəyini bildirdi. İndi isə digər məhsulları da rublla satacağını bəyan edir. Slovakiyadan başqa heç bir ölkə bununla razı deyil. Bunun üçün də bir variant fikirləşiblər. Almaniya aldığı qazın pulunu avro ilə ödəyir, yerindəcə bunu rubla keçirirlər.

Enerji resurslarının qiyməti qalxdıqca Rusiyanın əli güclənir. Alternativ qaz çəkmək üçün də vaxt lazımdır. Rusiya da bu fürsətdən istifadə edir. Qərb ölkələri də güzəştə getməyə məcbur olacaq. Bunun başqa variantı yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv