“Neft Daşları” – Dübəndi neft xəttindəki sızma 4 gün sonra aradan qaldırıldı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində "Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” – Çilov – Şah saçı – Dübəndi neft xəttində təmir-bərpa işləri 11 fevral saat 12:00-da tam başa çatdırılıb. Saat 13:30-dan etibarən isə yeni boru kəmərinin tədricən istismara qaytarılmasına başlanılıb.