Ukraynanın NATO-ya üzv olması məsələsində Vaşinqtonun mövqeyi nədir?
Ukraynanın NATO-ya mümkün qəbulu və ya onun nüvə imkanları məsələsini hələ müzakirə etməyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit məlumat verib.
O bildirib ki, bu barədə Trampın özü danışmalıdır:
“Dövlət katibi Rubio və vitse-prezident Vans cümə günü Vladimir Zelenski ilə görüşəcək və danışıqlardan sonra müzakirələrin məzmunu ilə bağlı məlumat veriləcək”.