Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində 26 fevral 2022-ci il tarixində Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilmişdir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən və Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi ilə ölkəmiz tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə edən Azərbaycan tarixinin qızıl səhifələrini yazdı.
Stokholm şəhərində məşhur isveçli fotoqraf Mikael Silkebergin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgisinin açılış mərasimi keçirilib.
Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Qarabağda erməni vandalizminin izləri” adlı simpozium və fotosərgi keçirilib.
Bakı metropolitenində qatarların maşinistsiz idarə sistemi və onun təməl bazası olan müasir CBTC sisteminin tətbiqi ilə gələcəkdə reallaşacaq. Hazırda “Nərimanov” elektrik deposunda aparılan işlər mövcud "Qırmızı" və "Yaşıl" xətlər üçün bu istiqamətdə ilk addımlardır və onun başlanğıc sistemlərinin quraşdırılması tamamlanıb.