Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, hadisə ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə töhmət verilib, xidmətin şöbə müdiri Malik Əliyev isə işdən çıxarılıb. Lakin DANX məlumatı təkzib edib.
Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin qabaqcıl ali məktəbləri ilə əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı Prof.Dr. Süleyman Tekelinin rəhbərlik etdiyi nümayəndə heyəti AzTU-nun qonağı olub.
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsində təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova hökm oxunub.
Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirib.