!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər səhər limonlu su için

!Reklam – Yazi

Limon çox qədim vaxtlardan sağlamlıq üçün ən önəmli vasitələrdən biri hesab edilir.

Tərkibi C, B vitaminləri və minerallarla zəngin olan limon təbii soyuqdəymə dərmanı kimi bilinir.

Yenicag.az xəbər verir ki, hər səhər limonlu su içmək bir çox xəstəliklərin müalicəsinə kömək edəcək.

Orqanizmi C, B6 vitamini, fosforla təmin edir. Bu da soyuğa qarşı davamlılığı artırır. Bədəndəki infeksiyaları öldürür, müqaviməti artırır.

Limonlu su sizi boğaz ağrısından xilas edəcək. qaraciyəri təmizləyir, fəaliyyətini qüvvətləndirir.

Hər səhər bir stəkan limonlu su içənlərdə böyrək daşı riski olmur.

Limonlu su qəbizliyi aradan qaldırır. Metobalizmi yaxşılaşdırır.

Əgər ağzınızda hansısa bir yara varsa, limonlu su onu sağaldacaq.

Romatizma ağrılarına xeyirdir. Payızda daha çox limonlu su içməyə çalışın.

Qandakı toksinləri azaldır, qan dövranını yaxşılaşdırır.

Səhər tezdən ac qarnına içilən limonlu su piylərin yandırılmasına yardımçı olacaq. Eyni zamanda gün ərzində təzyiqinizi normada saxlayacaq.

Amma onu da unutmayın ki, çox içmək orqanizmə ziyandır. İlk növbədə diş minasına zərər verə bilər. Qədərindən çox limonlu su içmək mədə yanmasına, xorasına gətirib çıxaracaq.

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv