Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana yola düşüb.
“Nar”, 17 dekabr tarixində keçirilən “Caspian Business Awards 2021” mükafatlandırma mərasimində “İlin mobil operatoru” adına layiq görülüb. Seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 25 nəfər minaaxtaranına Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən “Bölmə və Qrup rəhbəri” kursları keçirilib.
"Maştağa yolunun üstündə olan Savalan qəsəbəsi, Abşeron rayonunda Hökməli qəsəbəsinin ətrafı, Atyalı qəsəbəsi qanunsuz tikililərin salındığı ərazilər hesab olunur".