!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz tikililərin yaratdığı PROBLEM: Günahkar insanlardır, yoxsa...? - RƏY

!Reklam – Yazi

“Maştağa yolunun üstündə olan Savalan qəsəbəsi, Abşeron rayonunda Hökməli qəsəbəsinin ətrafı, Atyalı qəsəbəsi qanunsuz tikililərin salındığı ərazilər hesab olunur”.

Bu sözləri qanunsuz tikililərin artmasına təkan verən amili dəyərləndirən əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

 

Ekspert vurğulayıb ki, vətəndaşlar evsizlik problemini həll etmək üçün sənədsiz evlər tiksələr də, bunun qarşıdakı illərdə problem yaradacağını nəzərə almayıblar:

“Bu gün xüsusilə Bakı şəhərində sənədi olmayan qanunsuz tikililərin sayı təxminən yarım milyondan yuxarıdır. Bu tikililərdə məskunlaşan vətəndaşların sayı isə iki milyon nəfərə yaxındır. Həmin vətəndaşların əksəriyyəti köhnə tikili çoxmərtəbəli binalarda qiymətin yüksək olması fonunda torpaq sahəsi alaraq fərdi mənzillər inşa ediblər və bununla da evə olan tələbatlarını ödəməyə çalışıblar.

2008-ci ildən etibarən ölkəmizdə tikinti bumu yaşanmağa başladı. Ölkəyə daxil olan külli miqdarda neft vəsaitləri hesabına əhalinin gəlirləri artmışdı. Gəliri yaxşı olan insanlar daha yaxşı şəraitli evlərə üz tutdular. Eyni zamanda, iş üçün regionlardan Bakıya üz tutan vətəndaşların evsizlik problemini həll etmək üçün torpaq sahələrinə olan tələbatı artdı. Bölgədə evi olan şəxslər belə paytaxtda qanunsuz tikililər inşa etdilər. Statistikaya əsasən, 2019-cu ildən etibarən hər il ailə quran insanların sayı ilə tikilən evlərin sayında ciddi fərq olub. Hər il təxminən 80-85 min ailə qurulduğu halda tikilən evlərin sayı heç 20 mini ötmürdü. Bu, zaman keçdikcə insanların evsizlik probleminin daha da artdığını göstərirdi. Ona görə də vətəndaşlar qanunsuz tikililərə üz tutmaqla problemlərini həll edirdilər.

Bu proses kütləvi hal aldığına görə, demək olar ki, qəsəbələrdə qanunsuz tikililərin sayı olduqca artıb. Maştağa yolunun üstündə olan Savalan qəsəbəsi, Abşeron rayonunda Hökməli qəsəbəsinin ətrafı, Atyalı qəsəbəsi qanunsuz tikililərin salındığı ərazilər hesab olunur. Evlərin qanunsuz olması ilə bağlı mövcud problem odur ki, insanlar harada gəldi yer tutub ev tikdilər. Halbuki yaşayış üçün təhlükəli olan ərazilərdə ev tikməməli idilər. Fikrimcə, qanunsuz tikililərin yerləşdiyi ərazilər və sakinlərin aqibəti ilə bağlı dövlət tərəfindən araşdırma aparılacaq”.

Gülşən Şərif

www.yenicag.az

1261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv