!Reklam

Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təx­mini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.