Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.
Noyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
“Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən “ZəfərimİZ” adlı kampaniya çərçivəsində millət vəkili Müşfiq Cəfərov ilə “Qarabağın bərpasında gənclərin rolu” mövzusunda görüş baş tutub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.