Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən, “İmkanlar Sənə Doğru!” devizi ilə ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün yola çıxan “Səyyar Gənclər Xidməti” ölkəmizin qərb bölgəsində fəaliyyətini davam etdirir.
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törədib. Yeddi şəhidimiz, 10 yaralımız var. Görünən odur ki, nəinki Ermənistan sülhə gəlmək istəmir, Ruasiya sülhməramlıları da bunda maraqlı deyillər.
Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç ilə görüşüb.
“İrəli” İctimai Birliyi “Hadigro” şirkəti ilə birgə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhid övladlarının asudə vaxtının səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirib.
Milli məclisin ötən gün keçirilən iclasında deputatların xidməti avtomobillərinin yenilənməsi ilə bağlı təklif irəli sürülüb. Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı öz çıxışında yeni avtomobillərin alınması ilə bağlı 500 min manat ayrılması üçün kömək göstərilməsini xahiş edib. Sözügedən təklif isə cəmiyyətdə müzakirələrə yol açıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son yeddi gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər.