!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni təxribatlarının qarşısının alınması: "Avtoritetli komandirlərdən istifadə etməliyik" - RƏY

!Reklam – Yazi

“Terror dövləti ilə qonşu olmaq asan məsələ deyil. Münaqişə həll olsa belə, erməni tərəfinin təxribatlarına daim hazır olmaq lazımdır”.

Bu fikirləri Ermənistanın təxribatlarına qarşı atılmalı olan addımlarla bağlı danışarkən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, sülh müqaviləsi olsa belə, erməni təxribatları davam edəcək:

“Bu münaqişə, bəlkə, başa çatacaq, bəlkə, Ermənistan çöküb, məcbur olub sənədləri imzalayıb acı taleyi ilə barışacaq. Bu, mütləqdir. Vəziyyət belə davam edə bilməz. Ermənistan təxribat törədir, xalq mitinq edir, Ermənistan dayanır, xalq mitinq edir. Kontingent o qədər çox yönə bölünüb ki, hakimiyyət nə etsə, mitinqlə qarşılaşır. Ermənistan prosesə indi də könüllüləri cəlb etmək istəyir. Həmin könüllülər Laçın dəhlizinə girsələr, sərhədə yaxınlaşsalar. vurulmalıdırlar. Çünki onlar hərbi formada olacaqlar. Əgər vurulmaq istəmirlərsə, məcbur olub sərhədi çəksinlər. Sərhədin delimitasiyası, demarkasiyası bitəndən sonra istəyərlər, sərhəddlərini özləri qoruyar, istəyər, rusu yerləşdirərlər. Bu onların daxili işi olar. Sərhədi çəkək ki, zastavalarımızı qura bilək”.

Hərbi ekspert mümkün təxribatların qarşsını almaq üçün müəyyən təkliflər səsləndirib:

“PKK Türkiyəyə qarşı nizami ordu ilə hücuma keçmir. Ancaq Türkiyə 30 ildən çoxdur ki, itki verir. Biz də bundan sığortalı deyilik. Hər bir şəhid içimizi yandırır, ciyərimizi sökür. Ancaq bunsuz mümkün deyil. İsrail 75 ildir bir ovuc fələstinli ilə yenə itki verir. Az verir, çox verir bu işin başqa tərəfidir, ancaq milyardlar xərcləyir ki, itki verməsin, məsələ ondadır, yenə verir. Halbuki, dünyanın ən müasir hava hücumundan müdafiə sistemi ABŞ və İsraildədir. Hətta ən sadə raketləri belə tuta bilmirlər. Kütləvi raket hücumu oldusa, bir neçəsi düşəcək. Bir neçə ay əvvəl bunu etdilər və gördük ki, raketlərin hamısı zərərsizləşdirilə bilmədi. Hava hücumundan müdafiə sisteminin ən zəif yeri kütləvi hücumdur.

Terror dövləti ilə qonşu olmaq asan məsələ deyil. Bizim dövlət büdcəmizin iki qatı ilə İsrail Fələstinlə bacarmır. Türkiyə boyda dövlət 30 ildən çoxdur ki, PKK-nın kökünü kəsə bilmir. Ona görə bu itkilərə hazır olmalıyıq. Bizim əlimizdən gələn itkiləri minimumlaşdırmaqdır. Düşmənin fəaliyyətini əvvəlcədən oxumaq, düşmənin içində şəbəkəmizi saxlamaq, düşmənin harada, nə edəcəyini proqnozlaşdırıb onun qarşısının alınması üçün fəaliyyət göstərmək. Düşmən təxribatını deyil, təxribatın öncəsində iş görməklə itkilərimizi minimumlaşdıra bilərik. Ümumiyyətlə, ordu, güc strukturları daim nəzərdə saxlamaldır ki, erməni nəsə edəcək. Kamera sistemləri, gecə-gündüz izləmə sistemləri, havadan, yerdən, bütün növ müşahidə sistemlərinin qurulması, məlumatın toplanması, çatdırılması, emal edilməsi, lazımdırsa, internetin qurulub bir mərkəzdən informasiyalara baxılması, ani reaksiyaların verilməsi lazımdır. Bunlardan biri axsasa, problem olacaq. Daim döyüşə hazır olmalıyıq. Avtoritet komandirlərdən istifadə etməliyik. Şəxsi heyət arasında hörməti olan, döyüş təcrübəsinə malik komandirlərin yüksək vəzifələrə təyin olunması, onların vasitəsi ilə döyüşün idarə olunması vacibdir. Əsgərin döyüşə, vətənə, millətə, komandirə hörməti əsasdır. Mənəvi psixoloji ruh yüksəkliyinini həmin komandrilər əsgərlərinə aşılayacaq”.

Səxavət Məmməd

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv