Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Yeni Çağ" Media Qrupunun əməkdaşı Rüstəm Qasımov “Qazaxıstan haqqında nəzərəçarpacaq reportajların hazırlanmasına görə QR-nın XİN-in və Qazaxıstan baş redaktorlar klubunun Prezidenti B.Jeksenbayın təşəkkür məktubu” ilə təltif edilib.
Türkiyənin “Haber Global” telekanalı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın "Türk dünyası mədəniyyətinə töhfə" mükafatına layiq görülməsi barədə süjet hazırlayıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba və Masallı rayonlarının ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaşlar Nazim Hüseynov, Əhməd Tağıyev və Aqil Vəliyevin həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 5.89 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisi üzrə yüksək patogen quş qripi ilə bağlı epizootik vəziyyəti qiymətləndirmək məqsədilə noyabrın 15-dən növbəti epizootoloji monitorinqlərə başlayır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılıb.