Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Yeni Çağ" əməkdaşı Qazaxıstan XİN tərəfindən təltif edildi - FOTOLAR

“Yeni Çağ” Media Qrupunun əməkdaşı Rüstəm Qasımov “Qazaxıstan haqqında nəzərəçarpacaq reportajların hazırlanmasına görə QR-nın XİN-in və Qazaxıstan baş redaktorlar klubunun Prezidenti B.Jeksenbayın təşəkkür məktubu” ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, Qazaxıstanın ölkəmizdəki səfirliyində qazax şairi Jambıl Jabayevin 175-illiyi qeyd edilib.

Səfir Serjan Abdıkarimov Jambıl Jabayevin yaradıcılığı barədə danışıb, onun bütün dünyada məşhur olan ilk qazax şairi olduğunu söyəyib.

Sonra qonaqlara 1996-cı ildə “Kazaxfilm” kinostudiyası tərəfindən çəkilən “Jambıl” filmi təqdim olunub, qazax mətbəxinin ənənəvi təamları təklif olunub.

Tədbir çərçivəsində Azərbaycanlı jurnalistlər Mehriban Kasumova, Rüstəm Qasımov və İsmayıl Fətəliyev “Qazaxıstan haqqında nəzərəçarpacaq reportajların hazırlanmasına görə QR-nın XİN-in və Qazaxıstan baş redaktorlar klubunun Prezidenti B.Jeksenbayın təşəkkür məktubu” ilə təltif edilməsi mərasimi baş tutub.

www.yenicag.az

229
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100