Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 41,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 % çox sənaye məhsulu istehsal edib.
Abşeron Rayon Polis İdarəsinə bu il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olub.
"Davam" Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni inzibati bina kompleksinə tanışlıq səfəri təşkil edilib, əyani şəkildə onlara prokurorluğun fəaliyyəti ilə bağlı ətraflı məlumatların verilməsi təmin olunub.