!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Davamçı gənclər Baş Prokurorluğun yeni inzibati bina kompleksi ilə tanış oldular - FOTOLAR

!Reklam – Yazi

“Davam” Gənc Hüquqşünaslar Klubunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun yeni inzibati bina kompleksinə tanışlıq səfəri təşkil edilib, əyani şəkildə onlara prokurorluğun fəaliyyəti ilə bağlı ətraflı məlumatların verilməsi təmin olunub. 

Davamçı gənclər ilk olaraq yeni inzibati binada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş guşə və kitabxana ilə yaxından tanış olublar. Sonra isə 44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, Elm-Tədris Mərkəzinin mühazirə, praktiki məşğələlər və iclas zalları, kriminalistika otaqları ilə tanışlıq onlarda zəngin təəssüratlar yaradıb.

Hərəkatın üzvləri cinayət prosesi iştirakçılarının dindirilməsi üçün nəzərdə tutulmuş, müasir tələblərə cavab verən dindirmə otaqları, cinayət prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı ilə də tanış olublar.

Tanışlıq səfəri çərçivəsində gənclərə prokurorluq orqanlarının əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, habelə qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib.

Sonda xatirə fotoşəkili çəkilib.

Qeyd edək ki, “Davam” Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv