!Reklam

Bu gün ölkəmizin hər yerində qələbə ruhu hakimdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır.

Bütün mühüm tarixi hadisələrin əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. Ötən yüzillərə nəzər saldıqda çoxsaylı olayların, hətta təsadüflərin tarixin axarını necə dəyişdirdiyini görürük. Ancaq o da var ki, tarix təsadüf anlayışını inkar edir...