Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tarixə yön verən ZƏFƏR – Araz Zeynalov yazır

Bütün mühüm tarixi hadisələrin əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. Ötən yüzillərə nəzər saldıqda çoxsaylı olayların, hətta təsadüflərin tarixin axarını necə dəyişdirdiyini görürük. Ancaq o da var ki, tarix təsadüf anlayışını inkar edir…

Azərbaycanın Birinci Qarabağ savaşını sonlandıran 1994-cü il 12 may tarixli Bişkek protokolundan sonra yaşadığı dönəmi xatırlayaq. Tədricən təmin olunan sabitlik, iqtisadiyyatın və təsərüfatın bərpasına yönəlik fəaliyyət, bu işlərin zirvəsi sayılan “Əsrin müqaviləsi”nin imzalanması, tikinti bumu…

Amma savaşdakı acınacaqlı məğlubiyyətin yükü də bu hərəkətliliyin sürəti ilə birgə artır, insanları öz ağırlığı ilə əzir, çöhrələrdə içdən gələn təbəssümün yaranmasına imkan vermirdi. Bu ovqatın təsiri altında milli natamamlıq kompleksi də getdikcə böyüyürdü.

İnsanlarımız ölkə xaricində də əcnəbilərin tənəli baxışlarından sıxılır, hətta açıq mətnli həqarətlərini eşitmək məcburiyyətində qalırdılar. Məğlub millətə harada hörmət qoyular ki…

Doğru deyiblər, hər şeyin bir sonu var. O “son”u Azərbaycan düz 27 ildən sonra yetişdirdi. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları 44 gündən sonra böyük Zəfərlə yekunlaşan Vətən Müharibəsinə çevrildi.

Bu müharibədə qələbəni təmin edən xeyli faktor sadalamaq mümkün olsa da, ilk növbədə milli birliyi qeyd etmək lazım gəlir. Aydın məsələdir, birlik yoxdursa, hər hansı uğurdan danışmaq mümkün deyil.

Vətən Müharibəsi bizim əleyhimizə yaranan, yaradılan çox mifləri dağıtdı. Lakin savaş göstərdi ki, ermənilərin “məğlubedilməzlik” iddiası adi sabun köpüyüdür, bir dəfə üfürməklə dağıldı.

Savaş göstərdi ki, “azərbaycanlılar döyüşə bilmir, döyüşmək istəmir” yanaşması da olsa-olsa düşmənlərimizin uydurmasıdır. Müharibənin başladığı ilk gündən sona qədər bir fərarilik faktının belə qeydə alınmaması fenomenal haldır.

Digər tərəfdən, 44 gün ərzində Səfərbərlik Xidməti şöbələrinin qarşısına toplaşan gənclərin savaşa könüllü yollanmaq istəyi millətin məhz döyüş yanğısının ifadəsi idi.

Vətən Müharibəsində qazanılan möhtəşəm zəfər sayəsində bu il məlum rayonlarımız işğal kontekstində anılmadı. Əksinə, 27 il bizə hüzn yaşadan o tarixlər indi ermənilərin başına uçan “zəfər tağı”dır.

Azərbaycan bu böyük savaşdan qalib çıxdı, erməniyə yerini, dünyaya isə yeni savaş strategiyası göstərdi. Yeri gəlmişkən, müharibə boyunca Azərbaycandan mənəvi dəstəklərini əsirgəməyən qardaş Türkiyə və Pakistanın bu fədakarlığını sayğı ilə diqqətə çatdırırıq.

Eyni zamanda, savaşın gedişində yanımızda olduqlarını əməldə təsdiqləyən Böyük Britaniya, İsrail, Ukrayna və digər ölkələrə də təşəkkür edirik.

Azərbaycan erməni işğalından azad etdiyi ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirir. Bununla da savaş deyil, quruculuq, əməkdaşlıq tərəfdarı olduğunu göstərir. Ancaq erməni dəstəsindən hələ də “revanş” çağırışları səslənməkdədir. Tipik erməni xəstəliyinin təzahürü… Bilsinlər ki, bu məğlubiyyətdən dərs çıxarmayıblarsa, Azərbaycan əsgəri onlara gərəkən dərsi verməyə hər zaman hazırdır.

Zəfər Bayramınız mübarək!
Qələbələrimiz daimi olsun!

www.yenicag.az

827
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100