Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayib.
İkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qaldı. Bəyanatın bəndləri Ermənistan tərəfdən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərksilah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəammalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır.
Müğənni Samirə Yusifqızının “Meyxanalar Qızıl Fondda qalmayacaq” ifadəsi ətrafında müzakirə səngimək bilmir. Samirənin bu sözləri meyxana aləmində səs-küyə səbəb olub.
Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib.
İctimai və dövlət maraqları müasir cəmiyyətlərdə daha geniş və çoxşaxəli anlam kəsb etməklə, dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir.
Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.