Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ermənistan Baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.
Bakının Sabunçu rayonunun, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.
Sentyabrın 10-da Azərbaycanın Keniyadakı səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) yeni təyin olunmuş icraçı direktoru xanım Anaklaudia Rossbaxla görüşüb.
Hökumətlərarası təqaüd proqramları çərçivəsində 6 tələbə 2024-2025-ci tədris ilində Türkiyənin nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlə təhsil almaq hüququ qazanıb.
Bu gün 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.
ABŞ-nin “Apple” korporasiyası “iPhone 16” seriyalı smartfonlarını təqdim edib. Yenicag.az xəbər verir ki, təqdimat barəsində şirkətin saytında yayımlanıb. Təqdimatla bağlı […]
Çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli […]