!Reklam

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məcburi köçkün ailələrin, xüsusən qadınların hüquqlarının pozulması barədə son günlər bəzi internet media resurslarının yaydığı yanlış və qərəzli məlumatlara münasibət bildirmək məcburiyyətindədir.

Bu günlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və komandası tərəfindən çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb. Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.