Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Yeni növ koronavirus (COVİD-19) pandemiyasının bütün dünyada turizm sahəsinə mənfi təsir etməsinə baxmayaraq Türkiyə “etibarlı istirahət”in ünvanı olub.
ABŞ Konqresi Çində yaşayan uyğurlara edilən zülmlə yanaşı Tibet mövzusunu da diqqət mərkəzində saxlayır. Çin hakimiyyəti Tibetə yeni dalay-lama təyin etmək istəyir. Konqresin hər iki palatası bunu həyata keçirəcək Çin rəsmilərinə qarşı sanskiya tətbiq etməyi planlaşdırır.
Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən şəxsləri qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.
ABŞ-ın artıq keçmiş prezidenti Donald Tramp Ağ Evdəki son günündə Çin hakimiyyətinə sonuncu zərbəsini vurdu. Keçmiş dövlət katibi Mayk Pompeo, Çinin Sincan Uyğur Muxtar Bölgəsində soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəldiklərini açıqladı. Böyük ehtimalla, bu, Ağ Ev administrasiyasının son toplantısında verilən qərardır.
“The Guardian” qəzetinin yazdığına görə, London Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğurların haqlarının kütləvi şəkildə pozduğuna görə Çin səlahiyyətlilərinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq edəcək. Bu haqda İngiltərinin xarici işlər naziri Dominik Raab parlamentdəki çıxışı zamanı bildirib. Raab Kanadanın da Çinə qarşı oxşar tədbirlər həyata keçirəcəyini vurğulayıb. Bu sıraya Avstraliya, Almaniya, Yeni Zellandiya və Fransa da qoşulacaq.