Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Adil Əliyev: "Qazandığımız tarixi qələbəyə bizim qədər sevinən yenə türk qardaşlarımız oldu"

Reklam: High Technic

“Dünya dövlətləri arasında münasibətlər yalnız maraqlar üzərində formalaşmasına baxmayaraq, Yer üzündə yalnız iki ölkə var ki, onların əlaqələri dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci dostluq modelinə indiyədək rast gəlinməyib. İstər Azərbaycan, istərsə də qardaş Türkiyə dövlətinin rəhbərlərinin bir-birinə xoş, dostluq münasibətləri ölkələrimizə də sirayət edib və bu əlaqələr daha da möhkəmlənib. Bu gün Azərbaycan və Türkiyə arasındakı tərəfdaşlıq təbii ki, dünyanın bir çox ölkələri tərəfindən böyük qısqanclıqla qarşılanır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını rəhbər tutaraq birləşən iki dövlətin tarixin bütün çətin sınaqlarından üzüağ çıxaraq dostluqlarını daha da möhkəmləndirdiklərini bildirən Adil Əliyev deyib:

“Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuz tərəfindən aparılan şanlı Vətən müharibəsində qardaş Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın istər diplomatik, istərsə də mənəvi dəstək xalqımız tərəfindən hər zaman yüksək qiymətləndiriləcək. Ölkəmizin haqlı mövqeyində bizə göstərdiyi mənəvi və siyasi dəstək alqışa layiqdir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin bütün aidiyyəti qurumlarının Vətən müharibəsində ölkəmizə göstərdiyi dəstək təbii olaraq bir çox ölkələr tərəfindən qısqanclıqla qarşılandı, qardaş ölkəyə qarşı haqsız təzyiqlər artdı. Müharibədə qazandığımız tarixi Qələbəyə bizim qədər sevinən yenə türk qardaşlarımız oldu”.

A.Əliyev bildirib ki, postmüharibə dövründə də ölkələrimiz arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında təbii qazın istehsalı, satışı, daşınması sahələrində münasibətlər artıq tənzimlənib. Eyni zamanda, bu, yalnız iki ölkə arasında yeni sazişin imzalanması deyildi, habelə regionda və böyük coğrafi məkanda enerji siyasətinin əsaslarını təşkil edir. Bu gün Qərb ölkələrinin enerji siyasətinin əsas çaları hesab edilən “Nabucco” kəmərinin reallaşması məhz bu iki qardaş ölkə arasında razılaşdırılan yeni qaz sazişindən asılıdır. Habelə daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi enerji təhlükəsizliyinin təminatında nadir hadisə hesab olunur.

“Eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında dostluq, habelə sıx iqtisadi münasibətlər fonunda hər iki ölkənin vəzifəli şəxsləri qarşılıqlı mütəmadi səfərlər həyata keçirirlər. Bu mənada hökumət nümayəndələrinin, habelə deputatların və siyasi partiya rəhbərlərinin səfərləri mühüm yer tutur.
Təbii ki, münasibətlərin hər zaman yüksək səviyyədə olması üçün hər iki tərəfin göstərdiyi səylərlə yanaşı, eyni tarix, eyni dil və xalqlarımızı birləşdirən mühüm məqamlar hər zaman prioritet təşkil edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”, – deyə A.Əliyev vurğulayıb.

Loading...

www.yenicag.az

169
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100