Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi birinci oxunuşda müzakirə edilib.
Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı müraciəti, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluq idarəsi tərəfindən cavablandırılıb.
Əliyev Abbas Salam oğlu 09.01.1988-ci ildə Bakı şəhəri Ramana qəsəbəsində anadan olub. Təhsilini 90 saylı qəsəbə məktəbində bitirmiş və Hərbi Xidmətə çağırılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra özəl şirkətlərdə sürücü kimi işləmiş, ara günlərdə isə taksi kimi fəaliyyət göstərmişdir. 2-ci Qarabağ müharibəsi başlayan zaman 09.10.2020-ci il müvəqqəti ehtiyatda olan hərbi qulluqçu kimi döyüşə çağırılmış və 02.11.2020-ci il də qəhrəmancasına şəhid olmuşdur.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.