QAİ bəyanat yaydı: "Bu, Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir"
“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17-19 aprelin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azərbaycana çağırış edilsə də, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi ilə bağlı bu ölkəyə oxşar çağırış edilməyib.