!Reklam

Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Afət Həsənova, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, İltizam Yusifov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müzakirələr aparmaq üçün Laçın rayonuna səfər ediblər.

Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib.