!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə YSK Vanın bələdiyyə sədri ilə bağlı qərarı ləğv etdi

!Reklam – Yazi

Türkiyə Ali Seçki Şurası (YSK) 31 martda keçirilən yerli seçkilərdə Van şəhərinin bələdiyyə sədri seçilmiş DEM Partiyadan olan Abdullah Zeydanın bələdiyyə sədri seçilməsini təsdiqləyib.

Yenicag.az xatırladır ki, Ədliyyə Nazirliyi terrorçularla bağlılığı səbəbindən Abdullah Zeydanın bələdiyyə sədri seçilməsinin qarşısını almış, beləliklə, seçkidə ikinci olmuş hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi bələdiyyə sədri olmuşdu.

Bu qərardan sonra Vanda etiraz aksiyaları başlamış, ictimai asayişi pozan nümayişçilər saxlanılmışdılar.

Bu gün isə YSK qərarı ilə Abdullah Zeydana seçilmə haqqı geri verilib.

Qeyd edək ki, DEM Partiya (köhnə qısaltması HDP – red.) terror təşkilatı PKK-nın siyası qolu hesab olunur. Partiyanın daha öncəki sədri Səlahəddin Dəmirdaş hazırda həbsxanadadır.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv