Bakıda atmosferi çirkləndirən iaşə obyekti cərimələndi - FOTO
Bakı şəhəri, Yasamal rayonu ərazisində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısındakı parkda səyyar iaşə xidməti göstərən obyektdən havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.