Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.
BMT nümayəndəsi Alessandra Rokkasalvo ilə görüşdə dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmləri, COP29-la bağlı potensial tərəfdaşlıq və digər məsələlər müzakirə olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, belarusəsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib, önünə Müdafiə Nazirliyi adından gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Ötən il ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalıb.
Martın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin, kitabxananın və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.