!Reklam

Azərbaycan öz gücü, xalqın iradəsi, mübarizə əzmi ilə bütün dünyaya tarixi ədalətin şanlı qələbə qazanaraq necə bərpa edildiyini göstərdi. 2020-ci ilin sentyabrının son günlərində başladılan və 44 gün davam edən müharibə ilə Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinə "dəmir yumruq" endirərək zəfər qazandı, torpaqlarımız işğaldan azad olundu. 2023-cü ildə keçirilən lokal xarakterli atiterror əməliyyatları ilə isə Qarabağda separatizmin kökü quruduldu və əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuların, bölücü qüvvələrin rəhbərlərinin mühakiməsinə start verildi.