Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ağsu rayonunun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlu Ağsu şəhərində yerləşən heyvan bazarında tanımadığı şəxsə 600 manat müqabilində 5 baş qoyun satıb.
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin şərəfinə rəsmi qəbul təşkil edilib.
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.
Martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.