!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saxta pulla qoyun alan şəxs tutuldu

!Reklam – Yazi

Ağsu rayonunun Ağarx kənd sakini Musayev İlyas Yaqub oğlu Ağsu şəhərində yerləşən heyvan bazarında tanımadığı şəxsə 600 manat müqabilində 5 baş qoyun satıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, İ. Musayev sonradan həmin pulun saxta olduğunu müəyyən edib və dərhal Ağsu rayon Polis Şöbəsinə məlumat verib.

Artıq saxta pulla qoyun alan şəxs saxlanılıb. Həmin şəxsin Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Nəcəfov Bəhruz Əbil oğlu olduğu müəyyən edilib.

Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs Sumqayıtda saxlanılaraq Ağsuya aparılıb.

B. Nəcəfov ifadəsində saxta əskinasları Rusiya vətəndaşından, Dağıstan sakinindən aldığını deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

www.yenicag.az

2055
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv